Ölkədəki pirlərin sayı açıqlandı

Ölkədəki pirlərin sayı açıqlandı

Ölkədə 970 dini qurum qeydiyyatdan keçib. Azərbaycanda isə 2463 məscid var. Qanunla hər bir məsciddə icma olmalıdır.

Bu sözləri parlamentdə müzakirə olunan “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər mövzusunda çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.

Azərbaycanda 765 pirin olduğunu xatırladan deputat qeydiyyat məsələsində problemlərin olduğunu nəzərə çatdırıb. Onun fikrincə, bu problemi həll etmək üçün işlər həyata keçirilməlidir.

COMMENTS