Ölümlə nəticələnən dəhşətli hadisə

Qaxda baş verən yol qəzasında bir nəfər ölüb

 

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Dosye.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də saat 16.00 radələrində Qax rayonunun Əmbərçay kəndində Bakı şəhər sakini Rauf Allahverdiyevin idarə etdiyi “Rexton” və Qəbələ rayon sakini Şirvan Şirinovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub. Ş. Şirinov hadisə yerində ölüb, sərnişini – Sahib Zeynalov, habelə R. Allahverdiyev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

COMMENTS