Top.Mail.Ru

Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində – FOTO

Ombudsman Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində – FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanmış 2021-ci il üçün birgə tədbirlər planına əsasən, ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri düzülüb.

Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov qonaqlara HDQ-nin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sonra ombudsman Hərbi Dəniz Qüvvələrinin “Şərəf kitabı”nı imzalayıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Daha sonra qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana və digər obyektlərə də baş çəkiblər. Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirə oxuyan S.Əliyeva xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim edib.

Sonda aparatın nümayəndələri ilə hərbi hissənin şəxsi heyətinin birgə xatirə şəkli çəkilib.

COMMENTS