“Onda rədd olub ölkədən gedək” – qazi çarəsiz vəziyyətdə/Video

“Onda rədd olub ölkədən gedək” – qazi çarəsiz vəziyyətdə/Video

Vətən müharibəsinin qazisi, İmişli sakini Nahid Şıxəliyev dövlət qurumlarının laqeydliyindən şikayətlənir.

Reportyor.info xəbər verir ki, qazi video müraciətində dövlət başçısı İlham Əliyevdən kömək istəyib. Onun sözlərinə görə, iki övladı var, heç yerdə işləmir, əlillik verilmir ki, ən azı pensiya alsın: “Nə Sosial Müdafiə Nazirliyi, nə Yaşat fondu mənə kömək edir. Deyirlər ki, əlillik verilməyib. Mən əlillik təyin olunana qədər necə yaşayım, uşaqlarımı necə dolandırım? Kimsə demir ki, bu vaxta qədər kirayə pulunu, kommunalı necə ödəmisən, uşaqlara necə baxmısan? Əgər bizə baxan yoxdusa, rədd olub ölkədən gedək. Biz dərdimizi kimə deməliyik?”

DOSYE.ORG

COMMENTS