Top.Mail.Ru

“Onların çəkildiyi filmlər Azərbaycanda qadağan olunsun” – Əməkdar artist

“Onların çəkildiyi filmlər Azərbaycanda qadağan olunsun” – Əməkdar artist

Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarla bağlı paylaşım edib.

Aparıcı Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluşun da içərisində olduğu fransız məşhurların ermənilərə dəstək olmasına sərt reaksiya göstərib.
“Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar… Qarabağ həqiqətlərindən bixəbər olanlar” deyə, Cəlilova paylaşımında qeyd edib.
Qeyd edək ki, içərisində məşhur aktyorların da yer aldığı 150-yə yaxın məşhur fransız ermənilərə dəstək üçün imza toplayıb.
DOYE.ORG

COMMENTS