Onlayn konfrans zamanı məmurun arvadı kameralarda çılpaq göründü – Video

Onlayn konfrans zamanı məmurun arvadı kameralarda çılpaq göründü – Video

Cənubi Afrikanın Milli Ənənəvi Liderlər Evi ilə ölkə rəhbərliyi arasındakı “Zoom” video bağlantısı məmurlardan birinin arvadının kamera qarşısında çılpaq görünməsi ilə yarımçıq qalıb.

Bu barədə “Daily Mirror” xəbər yayıb.

Bildirilir ki, kuryoz hadisə Ksolile Ndevunun çıxışı zamanı baş verib. O, həmkarları ilə Şərqi Keyp vilayətində pandemiyaya qarşı mübarizədəki vəziyyət barədə danışarkən arxasında çılpaq qadın görünüb. Tədbir iştirakçılarından bəziləri gülməyə başlayıb, hökumət yanında komitələrdən birinin rəhbəri Feyt Mutambi isə konfransın dərhal dayandırılmasını istəyib. O, “siz axı canlı yayımdasınız, televiziyadasınız” deyə hiddətlə bildirib.

Ndevu yalnız bundan sonra baş verənləri anlayaraq əlləri ilə üzünü örtüb:

“Üzr istəyirəm. Diqqətim arxamda baş verənlərdə yox, ekranda idi. Çox utanıram”, – deyə o, bildirib.

Məmur sonradan “Zoom” istifadə etməyə hələ tam alışmadığını və evinin quruluşunun özəl mühit üçün yararlı olmadığını deyib. O, həmçinin arvadının yatmazdan əvvəl duş almaq istədiyini və görüşün hələ də davam etdiyindən xəbərsiz olduğunu da izah edib.

 

COMMENTS