Top.Mail.Ru

“Onun futbolçularının kişiliyi yoxdur”

“Onun futbolçularının kişiliyi yoxdur”

“Lokomotiv”in baş məşqçi Yuri Syominlə yolları ayırması Rusiya futbol ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb.

Qol.az xəbər verir ki, futbol meneceri Dmitri Selyuk isə klubun bu addımını daha sərt şəkildə tənqid edib. O, “championat.com”a açıqlamasında bu qərarın verilməsində daha çox futbolçuları qınayıb, onları məşqçilərini müdafiə etməməkdə günahlandırıb:

“Bütün Rusiya futbolu üçün ayıbdır. Bu gün korrupsiya və oğurluq şərəf və ləyaqət üzərində qalib gəldi. Əgər biz özümüz əfsanəmizə belə münasibət göstəririksə, onda gənc nəsildən nə gözləyək? Onları necə tərbiyə edək? Onları necə başa salaq ki, nəticə yox, klub rəhbərliyinə xidmət vacibdir? Baş verənlər məni şoka saldı.

“Lokomotiv” futbolçularının açıqlamalarını görmədim. Onların öz şəxsi fikri yoxdur. Fergüson “Mançester Yunayted”dən göndərilsəydi, bütün komanda onun tərəfində olardı. “Lokomotiv”in oyunçularının isə kişiliyi yoxdur, başlarını quma basdırdılar, Syomin üçün ayağa qalxmadılar. Hansı ki, onların əksəriyyəti Syominə görə komandadadır”.

Selyuk eyni zamanda, Syominin köməkçilərini də tənqid edib: “Bu barədə Loskov, Xapov və Paşinindən soruşmaq lazımdır. Fikirlərini bildirməliydilər. Syomin onları yanına apardı. Ancaq onlar indi düşünür ki, onsuz da bizi qovmadılar.  Və Nikoliçin (yeni baş məşqçi -red.) “Loskov, get fitləri gətir” deyərək qışqırması onları utandırmayacaq”.

Xatırladaq ki, “Lokomotiv” bu gün Syominlə yolları ayırdığını və 40 yaşlı serbiyalı məşqçi Marko Nikoliçlə anlaşdığını açıqlayıb.

Əlavə edək ki, üs-üstə 22 il “Lokomotiv”i çalışdırmış “Qəbələ”nin sabiq baş məşqçisi Moskva klubu ilə bir çox titul qazanıb.

DOSYE.ORG

COMMENTS