“Onun kimi əxlaqsıza bu qədər qayğı göstərməyə dəyməz”- Hafiz Hacıyev

“Biz Vladimir Jirinovski ilə görüşmək üçün müvafiq qurumlara müraciət etmişik.Amma bizim müraciətə cavab verən olmayıb”.

 

Bunu Modern.az saytına Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, Rusiya Liberal- Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə görüşə çox cəhd etdiklərini bildirib.

Müasir Müsavat Partiyası rəhbərinin sözlərinə görə yüksək səviyyədə Vladimir Jirinovski ilə görüş istəyirlər. “Biz onun dalınca küçə-küçə düşüb görüşəsi deyilik. Bizim Jirinovskinin ağıllanmasında böyük rolumuz olub. Ona görə müvafiq qurumlara müraciət etmişik ki, onunla görüşümüzü qrafikə salsınlar”.

Hafiz Hacıyev onu da bildirib ki, onun Vladimir Jirinovski ilə görüşünün baş tutmasına qısqanclıqla yanaşırlar.

Partiya sədri Vladimir Jirinovskiyə bu qədər qayğı göstərməyin yersiz olduğunu bildirib. “Onun kimi əxlaqsıza bu qədər qayğı göstərməyə dəyməz. Amma gəlibsə, görüş istəyirik. Fikirləşirik ki, hansı yolla onunla görüşək”.

Qeyd edək ki, V. Jirinovski ötən gündən Azərbaycanda səfərdədir.

COMMENTS