Ordu hərəkətə keçdi: Haftarın mövqeləri darmadağın edildi

Ordu hərəkətə keçdi: Haftarın mövqeləri darmadağın edildi

Liviya hərbi qüvvələri qiyamçı Haftar ordusunun Tərxunə və Sirtə şəhərlərindəki mövqelərinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Qununu açıqlama verib.

Əməliyyatlar nəticəsində 2 hərbi texnika və bir silah-sursat daşıyan nəqliyyat vasitəsi məhv edilib.

O, əməliyyatdan əvvəl mövqelərindən geri çəkildikləri üçün qiyamçılardan ölən və yaralananların olmadığını bildirib.

Bundan başqa, Liviya hərbi qüvvələrinin qırıcıları Haftar ordusunun Veşka bölgəsindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Son 72 saat ərzində Haftar ordusunun 8 ədəd “Pantsir” raket sistemləri (Rusiya istehsalı) məhv edilib. Vurulan sistemlərdən biri paytaxt Tripolinin mərkəzi meydanında nümayiş olunub.

DOSYE.ORG

COMMENTS