Top.Mail.Ru

Ordumuz Koçaryanı izlədi, Xankəndidəki separatçılar… – Erməni seçkiləri Azərbaycanın nəzarətində

Ordumuz Koçaryanı izlədi, Xankəndidəki separatçılar… – Erməni seçkiləri Azərbaycanın nəzarətində

Ermənistanda dünən başlanan seçki kampaniyası tədricən qızışır.

“Ermənistan” blokunun rəhbəri, keçmiş prezident Robert Koçaryan seçki təbliğatına Sünikdən (Zəngəzur) başlayıb.

R.Koçaryan Qafan hava limanda olarkən maraqlı anlar yaşanıb. Hava limanından bir neçə yüz metr məsafədə olan və əraziyə nəzarət edən Azərbaycan ordusu Koçaryanın hərəkətlərini izləyib.

Hava limanında olan erməni jurnalist Vahe Makaryan Azərbaycan hərbçilərinin durbinlə ətrafı müşahidə etdiyini yazır.

Koçaryan hava limanında olarkən özünü yeni “baş nazir” kimi aparması da diqqətdən yayınmayıb. Hava limanının əməkdaşları ona infrastrukturun yenidən qurulması ehtiyacı haqqında danışıblar. Koçaryan da “iyunun 20-dən sonra həll ediləcək” deyə bildirib və bununla iyunun 20-də keçiriləcək parlament seçkilərində qalib gələcəyinin mesajını verib.

Ən diqqətçəkən məqamlardan biri Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın da Qafana gəlməsi və Koçaryanın seçki kampaniyasında iştirak etməsidir.

Ermənistanda seçki kampaniyasının əsas mübarizə platformasının Zəngəzur olacağı gözləniləndir. Ən maraqlı isə namizədlərin seçki təbliğatını Azərbaycan Ordusunun nəzarəti altında aparmasıdır. Koçaryanın Qafan hava limanında keçirdiyi görüşün ordumuz tərəfindən izlənilməsi belə nümunələrdən biri hesab oluna bilər.

COMMENTS