Orduya əmr: İğtişaşçıları güllələyin!

Orduya əmr: İğtişaşçıları güllələyin!

Şri-Lanka ordusunun bölmələrinə qarət və ya vandalizm aktları törədən iğtişaşçıları öldürmək üçün atəş açmaq əmri verilib.

Axar.az xəbər verir ki, bu barədə yerli “Colombo Gazette” qəzeti məlumat yayıb.

Qeyd edək ki, mayın 9-da səhər Şri-Lankada hakim Şri-Lanka Xalq Cəbhəsi Partiyasının tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. Polis qarşıdurmanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Polisin məlumatına görə, iğtişaşlar zamanı 7 nəfər ölüb, 230-dan çox adam yaralanıb.

COMMENTS