Orxan Zeynalovun atası Mübariz Qurbanlıdan xəbər gözləyir

“Sonuncu dəfə Orxanla iki ay bundan qabaq telefonla danışmışıq”.

 

Bunu Modern.az-a açıqlamasında Orxan Zeynalovun atası Zahid Zeynalov deyib.

“Bu günlərdə yeni məlumat əldə etmək üçün yenidən keçmiş deputatımız Mübariz Qurbanlı ilə danışmaq fikrim var. Yekun nəticə odur ki, bu yaxınlarda apelyasiya məhkəməsinə şikayət olunmalıdır”.

Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Orxan Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunub. Məhkəmənin hökmü ilə o, 17 il müddətində azadlıqdan məhrum edilib.

COMMENTS