Orta məktəb direktoru səlahiyyətlərini kimə həvalə edib?-YENİLƏNİR

“Rayonda təhsil sahəsi demək olar ki, iflic vəziyyətdədir”. Bu barədə dosye.org-a məlumat verən  Yardımlı rayon sakini saytımız vasitəsi ilə aidiyyətli qurumlardan imdad diləyir.

Mənbənin dediyinə görə Yardimli şəhər V.Məmmədov adina  2 sayli orta məktəbi direktor tərəfindən deyil,  təsərüfat müdiri tərəfindən idarə edilir. Nəzərinizə çatdıraq ki, 2 saylı orta məktəbin direktoru Xədicə Abdullayevadır. Mətləbə keçməzdən öncə nəzərinizə çatdıraq ki, yuxarıda qeyd edilən orta məktəbin təsərüfat müdiri Firudin direktorun həyat yoldaşıdır.

Məhz bu amil məktəbdə Firudin müəllimin söz sahibi olmasına şübhə yaratmır. Rayon sakinləri iddi edir ki, məktəbdə müəllim kollektivi etiraz əlaməti olaraq icra hakimiyyətinə şikayət etmək məcburiyyətindədir. Dözüm nümayiş etdirən müəllimlər artıq vəziyyətlə barışmaq haqda belə düşünmürlər. Səbəb isə direktorun vəzifə səlahiyyətlərini həyat yoldaşı və eyni zamanda təsərüfat müdiri Firdofsinin yerinə yetirməsidir.

Digər bir məlumat nə qədər maraqlı olsada bir o qədər gülünc qarşılanacaq. Belə ki, 2 saylı orta məktəbdə dərs bölgüsünü də çox hörmətli Firudin müəllimə həvalə edilib. Bunlardan əlavə məktəbin “şefi” müəllimlərə əlavə dərs saatı yazdıraraq pulunu mənimsəyir. 

Adını hallanmağını istəməyən mənbə vurğuladı ki, Firudin kimilər tərbiyə ocaqlarından uzaqlaşdırılmalıdır. Biz etik normaları nəzərə alıb bəzi detallara toxunmuruq. 

Dosye.org olaraq orta məktəblərdə baş verən neqativ halların işıqlandırılması və aidiyyətli qurumlara məlumatlandırmağı qarşımıza məqsəd qoymuşuq. Və inanırıq ki, haqqında tənqidi yazılar gündəmdən düşməyən Yardımlı RİH başçısı Sevindik Hətəmov və Təhsil Naziri Mikayil Cabbarov məsələyə münasibət bildirəcək. Araşdırmalarımız davam edir..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Dosye.org

P.S. Son məlumatlara görə 2 saylı orta məktəbdə “adı var özü yox” prinsipi daha çox üstünlük təşkil edir. Elə götürək labarantı. Xanım labarant ümumiyyətlə özünə əziyyət verib məktəbə getmir. Mənbənin dediyinə inansaq direktorun xalası oğlu texniki işçi kimi məktəbin işçisidir. Lakin özünün ölkə xaricində olduğu bildirilir. Bir neçə belə məlumat dərin araşdırıldıqdan sonra oxucularımızın ixtiyarına veriləcək.

COMMENTS