Oruc tutanlar bu yeməkləri QƏTİ YEMƏSİN

Oruc tutanlar bu yeməkləri QƏTİ YEMƏSİN

Artıq Ramazan ayının ikinci günündəyik. Ramazan ayı İslam aləmində ən şəfaqətli və müqəddəs ay hesab edilir. Bu ay ərzində müsəlmanlar oruc tutur, ibadət edir. Bu günlər ərzində oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdəkindən bir xeyli fərqlənir. Ancaq bu ay həm bədənimizi, həm də ruhumuzu qidalandıracaq şəkildə yemək vacibdir.

Lent.az xəbər verir ki, oruc tutanlar qida rasionuna çox diqqətli yanaşmalıdır. Belə ki, çox vaxt insanlar iftarı açdıqdan sonra tez-tələsik süfrədəki bütün yeməklərdən yeyir. Ancaq bu doğru deyil. Bununla yanaşı, bəzi qidalar var ki, onların yeyilməsi ümumiyyətlə məsləhət görülmür.

Həmin qidaları və yeməkləri təqdim edirik: 

Şəkərli və xəmirli yeməklər  

Bu qidalar qanda şəkərin sürətlə qalxıb aşağı düşməsinə səbəb olur. Bu halsızlıq, yorğunluq və baş ağrısı kimi problemlərə gətirib çıxarır.

Yağlı qidalar

Yağlı qidalar həzm sistemini gərginləşdirir və həzmsizlik yaradır. Bu, oruc tutarkən özümüzü daha çox susuz və narahat hiss etməyimizə səbəb ola bilər.

Çox acılı yeməklər

Acılı qidalar mədə yanması və reflü kimi problemlər yarada bilər. Bu da oruc tutan şəxslərdə daha çox narahatlıq hissi yaşadır.

Tərkibində kofein olan qidalar və içkilər

Tərkibində kofein olan qidalar və içkilər sidikqovucu təsiri ilə susuzluğumuzu artırır və baş ağrıları yaradır.

İşlənmiş qidalar

İşlənmiş qidaların tərkibində çox vaxt əlavələr və kimyəvi maddələr olur. Bu isə oruc tutarkən daha çox yorulmamıza və zəifləməmizə şərait yaradır.

COMMENTS