Rusiya Ali Məhkəməsi Moskvanın Biryulevo rayonunda Yeqir Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində çıxarılan hökmü qüvvəsində saxlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə vəkillərin Moskva şəhər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti təmin edilməyib. Vəkillər şikayətlərində Zeynalov haqda çıxarılan cəzanın yüngülləşdirilməsini istəyirdilər. Müdafiə tərəfinin fikrincə, Şerabakov onun da iştirakçısı olduğu dava zamanı öldürülüb.
2013-cü il oktyabrın 10-da Moskvanın Biryulevo rayonunda mübahisə zəmində 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirən Orxan Zeynalov keçirilən məhkəmədə özünü günahsız hesab edib. Amma ona 17 il iş kəsiblər.
COMMENTS