Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat veriblər. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

COMMENTS