Ozan Can Kökçü millimizə çağırıldı

Ozan Can Kökçü millimizə çağırıldı

Niderlandın “Eyndhoven” klubunda çıxış edən Ozan Can Kökçü Azərbaycan millisinə dəvət alıb.

Qol.az xəbər verir ki, bu barədə “ed.nl” saytı məlumat yayıb. U-21 millimizin Türkiyə əsilli sabiq üzvü UEFA Mİllətlər Liqasının Slovakiya və Qazaxıstanla oyunları üçün yığmaya çağırılıb.

Qeyd edək ki, Ozan Can Türkiyə millisində çıxış etmək istədiyindən bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina etmişdi. Millimizin baş məşqçisi Canni De Byazi 2020-ci ildə Ozan Canı Millətlər Liqasında Lüksemburq və Kiprlə keçiriləcək oyunlar üçün yığmaya çağırsa da, ehtiyat heyətdə yer almışdı.

Ozan Can bu mövsüm “Eyndhoven”lə 2-ci liqada 6 matçda 3 qol vurub. O, 2019-2021-ci illərdə “Sabah”da çıxış edib.

Azərbaycan millisi Millətlər Liqasında sentyabrın 22-də Slovakiyanın qonağı olacaq, 3 gün sonra isə Bakıda Qazaxıstanı qəbul edəcək.

DOSYE.ORG

COMMENTS