Özünü icra hakimiyyətinin qarşısında yandırdı – BU SƏBƏBDƏN

Özünü icra hakimiyyətinin qarşısında yandırdı – BU SƏBƏBDƏN

Ötən gün Tərtər rayonunun Bəyimsarov kənd sakini, 59 yaşlı N.Qasımov 54 yaşlı həyat yoldaşının boşanmaq üçün məhkəməyə müraciət etməsinə etiraz əlaməti olaraq Rayon İcra Hakimiyyətinin qarşısında özünü benzinlə yandırmağa cəhd edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. İntihara cəhdin qarşısı alınarkən polis əməkdaşları əl nahiyəyandırlərindən yüngül yanıq xəsarəti alıblar.

Xəstəxanaya yerləşdirilən N.Qasımovun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

COMMENTS