Özünü polis əməkdaşı kimi təqdim edən şəxs polis deyilmiş-ŞOK

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs polis deyilmiş-ŞOK

Son günlər polis adından istifadə halları artsada bu metoda qarşı hüquq mühafizə orqanlarının tədbiri göz önündədir.

Əlbətdə ki, polis adına xələl gətirən dələduzlar kifayət qədərdir desək yanılmarıq. DOSYE.ORG saytına müraciət edən Hacıyev İsmayıl məhz belə dələduzların qurbanına çevrildiyi barədə məlumat verib. Vətəndaş şikayət ərzəsində bildirir ki, özünü Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin rəis müvaini kimi təqdim edən Rövşən adlı şəxs, vətəndaşın obiyektinə gələrək plastik pencərə və qapı sifariş edir.

Sifrişi qəbul edən İ. Hacıyev şirkətdən nağd pulla deyil, borc muqabilində material götürür. Beləliklə “polis” rəis müavinin verdiyi sifarişə uyğun pencərə və qapı hazırlayır. Bir necə gündən sonra özünü polis kimi təqdim edən Rövşən sexə gəlir. Sexin sahibi İ. Haciyevə bildirir ki, mən 40-ci bölmənin rəis müaviniyəm və narahat olma, həftə sonu ödəyəcəm.

Görünür, “polis” adından sui istifadə edən Rövşən adlı şəxs planlarına uyğun hərəkət edərək sex sahibi aldadıb. DOSYE.ORG olaraq məsələni arşdırmaq üçün ilk növbədə Binəqədi RPİ ilə əlaqə saxladıq. İdarədən “polis” kimi özünü təqdim edən şəxsin adını və mobil nömürəsini tələb etdilər. Dərhal həmən şəxsin adını və mobil nömürəsini tələb olunan yerə verdik. Bir saatdan sonra yenidən idarə ilə əlaqə saxladıq. Polis idarəsindən verilən cavab belə oldu: Sizin dediyiniz Rövşən adlı şəxs 40-cı bölmənin əməkdaşı deyil. Ümumiyyətlə polis orqanlarında belə bir şəxs xidmət etmir.

Çox istərdik ki, polis adın xələl gətirən dələduzlar ifşa olunsun və tez bir zaman da məsüliyyətə cəlb edilsin. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciə olunacaq.

DOSYE.ORG

COMMENTS