Özünü yandıran Qarabağ qazisinin həyat yoldaşının vəziyyəti ağırdır

Avqustun 13-də PA qarşısında özünü yandıran Qarabağ qazisi Elçin Salahovun müalicəsi davam edir.

 

Hazırda 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alan E.Salahovun durumunu öyrənmək üçün bu gün yenidən onunla əlaqə saxladıq. Qarabağ qazisi vəziyyətinin normal olduğunu desə də, ağrıları səbəbindən çox danışa bilmədi.

O, bildirdi ki, həyat yoldaşının durumunda da heç bir irəliləyiş yoxdur: “Həyat yoldaşım hələ də reanimasiyadan çıxmayıb. Onun da müalicəsi davam edir. Hər şey yaxşı olacaq”.

Xatırladaq ki, Sumqayıt şəhər məhkəməsinin qərarına etiraz olaraq, intihara cəhd etməsi nəticəsində E.Salahovun bədəninin 20 faizi, həyat yoldaşı Jalə Salahovanın bədəninin isə 45 faizi yanıb.

Hadisəyə bir çox dövlət qurumlarından reaksiya gəlib və Salahovlara problemlərinin həllinə dair söz verilib.

Qeyd edək ki, bir neçə gün öncə məhz mətbuatın dəstəyi ilə problemini ictimailəşdirən Qarabağ qazisi indi məsələnin həllinin nə yerdə olması ilə bağlı açıqlama verməkdən imtina edir.

COMMENTS