Pəhriz saxlayan əməkdar artistin halı pisləşib

Pəhriz saxlayan əməkdar artistin halı pisləşib

Əməkdar artist Könül Xasıyeva pəhriz saxlamaq niyyətinə düşüb

 

Dosye.org axşam.az-a istinadən xəbər verir ki, muğam ifaçısı bu haqda “Hər şey daxil” verilişində deyib. İfaçı arıqlamaq niyyətinin baş tutmadığını söyləyib:

“Bir ara pəhiz saxlamaq istədim. Amma səhhətimə təsir etdi. Halım pisləşdi. Ona görə də, yarımçıq saxladım. Xalq məni bu cür görüb, tanıyıb.

Dəyişməyə ehtiyac yoxdur. Amma səsimə görə qazlı su içmirəm, heç vaxt dondurma, acı yemirəm. Turşulardan məhrumam. Bunlar səsə pis təsir etdiyi üçün özümə qadağa qoymuşam”.

COMMENTS