Pakistan ordusu Hindistanla artan hərbi gərginlik fonunda döyüş hazırlığını artırmaq üçün təlimlərə başlayıb.
DOSYE.ORG xəbər verir ki, bu barədə “The Times of India” məlumat yayıb.
Qeyd edilir ki, paytaxt İslamabaddan 60 km aralıda yerləşən böyük Kamra aviabazasında yerləşdirilən döyüş təyyarələri düşmənin hava hücumunu dəf etmək üçün təlimlərə cəlb olunub.
Pakistanın Tilla poliqonunda canlı atəş təlimləri keçirilib. Hindli analitiklərin fikrincə, bunlar Pakistanın Hindistan ordusu ilə qarşıdakı döyüşlərə hazır olması barədə siqnaldır.
“The Times of India” iddia edir ki, iki ölkə arasında gərginlik artmaqda davam edir və tərəflər mümkün toqquşmaya hazırlaşırlar.
Hindistan Hərbi Hava Qüvvələri də Pakistan sərhədinə yaxın ərazidə Su-30, “Rafale” qırıcıları və “Surat” esminesinin iştirakı ilə genişmiqyaslı təlim keçirib.
Aprelin 22-də Kəşmirdə baş verən atışma Hindistan və Pakistan arasında gərginliyə səbəb olub.
COMMENTS