Top.Mail.Ru

Pakistan Qarabağdakı qondarma “seçkiləri” pislədi

Pakistan Qarabağdakı qondarma “seçkiləri” pislədi

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Taimur Akram martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qanunsuz seçkiləri pisləyən bəyanat yayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Modern.az-a verilən məlumata görə  Xalid Taimur Akram qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı Azərbaycanın təhlükəsizliyi üçün nəzərəçarpan təhdidə səbəb olub: “Azərbaycan regionda böyük əhəmiyyətə malik ölkədir. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər diqqət və vasitəçilik səylərinin olmaması iki ölkə arasında münaqişənin kəskinləşməsinə və bununla da Cənubi Qafqaz regionunda vəziyyətin destabilizasiyasına səbəb ola bilər”.

Mərkəzin rəhbəri Ermənistanı və müttəfiqlərini Dağlıq Qarabağda xaos yaratdıqları və minlərlə azərbaycanlının öz evlərindən didərgin düşməsinə səbəb olduqları üçün tənqid edib:

“Dağlıq Qarabağ Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmazdan əvvəl  Azərbaycanın çox yaxşı inkişaf etmiş regionlarından biri olub, lakin indi burada vəziyyət durğundur. Qanunsuz nəzarət region üçün heç bir fayda verməyib. Mən beynəlxalq medianı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına və çox sayda azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə diqqət ayırmağa çağıram. Azərbaycan xalqının təhlükəsizlik və suverenliyinin təmin olunması üçün Ermənistan Silahlı Qüvvələri işğal olunmuş ərazilərdən tez bir zamanda çıxarılmalıdır”.

DOSYE.ORG

COMMENTS