Pakistanda avtobusun qaz balonu partlayıb: azı 13 ölü

Pakistanın şimal-qərbində avtobusda qaz balonunun partlaması nəticəsində azı 13 nəfər ölüb, 6 nəfər yaralanıb. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” agentliyi polisin nümayəndəsinə istinadən yayıb. 
 
İnsident bazar günü Karak bölgəsində baş verib. Toy karvanında hərəkət edən avtobus yoldan çıxaraq dərəyə aşıb. Bundan sonra qaz balonu partlayıb. 
 
“Partlayış nəticəsində 13 sərnişin, o cümlədən, 5 qadın və 5 uşaq ölüb”, – polisin nümayəndəsi İştiaq Əhməd bildirib. 
 
Avtobusdakı sərnişinlərin dəqiq sayı barədə məlumat yoxdur. 

COMMENTS