Pakistanda hərbçilərin maşını partladılıb, ölənlər var

Pakistanda hərbçilərin maşını partladılıb, ölənlər var

Pakistanın İranla sərhədi yaxınlığında kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan ordusunun 6 hərbçisi ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi qüvvələrinin mətbuat katibi general-mayor Babar İftixar bildirib.

“Cənubi Balucistan sərhəd korpusuna məxsus maşının uzaqdan idarə olunan partlayıcı qurğu ilə partladılması nəticəsində bir zabit və 5 əsgər ölüb”, – deyə İftixar “Twitter” səhifəsində yazıb.

DOSYE.ORG

COMMENTS