Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı Azərbaycana gəlir

Yanvarın 13-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah Azərbaycana rəsmi səfərə gələcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətundən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində qonağın nazirlikdə görüşü planlaşdırılır.
 
Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.
 
Səfər yanvarın 16-dək davam edəcək.

 

COMMENTS