“Parabank”ın İdarə Heyətinin rəhbəri “yoxa çıxıb”…

“Vəli Quliyevi müştəriləri və öz işçiləri çıraqla axtarırlar”
“Parabank”ın İdarə Heyətinin sədri Vəli Eldar oğlu Quliyevi müştəriləri və öz işçiləri çıraqla axtarırlar”. Bu haqda redaksiyamıza bankın müştərilərindən biri göndərdiyi məktubda yazıb.

Bank müştərisi qeyd edir ki, devalvasiyadan sonra banklarla aralarında yaranmış problemi rəhbərliklə həll etməyə çalışsalar da, günlərlə qapılarda qalırlar. “Parabank”ın mərkəzi ofisinə yaxınlaşan müştərilər V.Quliyevi yerində tapa bilmirlər: “Bizə deyirlər ki, Vəli Quliyev işə gəlmir. Ordan-burdan eşidirik ki, gənc bank sədri kef məclislərini, istirahəti çox sevir. Profilində yerləşdirdiyi şəkilindən görünür ki, Vəli Quliyev öz kef-damağından qalan deyil. Böyük bir bankın idarə heyətinin sədrinin vətəndaşlara, işçilərinə laqeyid münasibət göstərməsi bu imkanlı gəncin saymazlığından xəbər verir. Bu gün vətəndaşların banklardan aslı olduğu və problemlərlə üzləşdiyi vaxtda bankların rəhbərlərinin yerində olmaması və vətəndaşlara yuxarıdan aşağı baxması dözülməz haldır.

Müştərilərin ödədiyi yüksək faizli kreditlərin hesabına Vəli Quliyev kimilər gedib kef çəkirlər, amma insanlara sayqısız yanaşırlar. Əldə etdiyimiz məlumata görə Vəli Quliyevi sədr vəzifəsinə atası Eldar Quliyev təyin edib. Eldar Quliyev ”Parabank”ın Müşahidə Şurasının üzvüdür. Belə ehtimal etmək olar ki, atası Vəli Quliyevə inandığından bankı idarə etməyi ona həvalə edib. Faktiki isə V.Quliyevdən nə müştərilər, nə də işçilər razıdır. V.Quliyev müştərilərinə qarşı olduqca qəddar olması xüsusi qeyd olunur. Bankın İdarə Heyətinin sədri olan şəxs profilinə qoyduğu şəklindən aydın görünür ki, bu şəxs hələ də böyük bir kollektivə rəhbərlik etdiyinin, minlərlə müştərilərlə işləməsinin fərqində deyil. Böyük bir banka rəhbərliyi görün kim həyata keçirir. Mərkəzi Bankın banklara nəzarətinin hansı səviyyədə olması “Parabank”ın timsalında sübut olunur. Mərkəzi Bankın rəhbərliyi “Parabank”la bağlı araşdırma aparsa, vəziyyətin dəyişəcəyi də gələn məlumatlar sırasındadır”.(musavat.com)

COMMENTS