“Parisdə tarix yazmaq arzusundayam” –  Azərbaycan boksçusu

“Parisdə tarix yazmaq arzusundayam” – Azərbaycan boksçusu

“Çox sevindirici haldır ki, Olimpiada lisenziyası ilə Vətənə qayıtdıq”.

DOSYE.ORG AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək “Paris-2024″ə lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov jurnalistlərə açıqlamasında deyib.

63,5 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarış olduqca rəqabətli keçib: “Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçusu mübarizə aparırdı. Ən güclü beş idmançı Olimpiadaya vəsiqə qazanacaqdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziyanı təmin etdim. Qarşıma qoyduğum məqsədə nail oldum. İndi məni növbəti hədəflər gözləyir. “Paris-2024″də tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam”.

Qeyd edək ki, bundan başqa Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.

COMMENTS