Parisdə 153 nəfər terrorun qurbanı oldu

Fransanın paytaxtı Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.  

COMMENTS