Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var-VIDEO

Parisdə iğtişaşlar baş verib: Saxlanılanlar var-VIDEO

Çərşənbə axşamı Parisdə pensiya islahatına qarşı keçirilən ümummilli tətil zamanı iğtişaşlar baş verib.

Məlumata görə, Port-Royal bulvarı ərazisində “sarı jiletlilər” hərəkatının təşkil etdiyi nümayiş zamanı bir qrup şəxs polisə şüşələr, həmçinin partlayıcı maddələr atmağa başlayıb.

Etirazçılar həmçinin reklam lövhələrini və avtobus dayanacaqlarını sındırıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Mitinq iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

Ümumilikdə, çərşənbə axşamı Fransada hazırda parlamentdə müzakirə olunan hökumət layihəsinə qarşı 260-dan çox nümayiş keçirilir. Qanun layihəsi 2030-cu ilə qədər pensiya yaşını 62-dən 64-ə qaldırmağı, həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.

 

COMMENTS