“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi – YENİLƏNİB

“Parkovşik”ə təpik atan qadının kimliyi bilindi – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda qadının parkinq nəzarətçisinə hücum etməsini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən qadının Sumqayıt şəhər sakini Günay Dayanova olduğu üzə çıxıb.

Bildirilib ki, ictimai yerdə insident törədən G.Dayanova Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə laborant vəzifəsində çalışır. O, ailəlidir və iki uşaq anasıdır.

Qadın sürücünün hücumuna məruz qalan parklanma xidməti əməkdaşı ərazidə “İbiş” ləqəbi ilə tanınan İbrahim Cabbarovdur. Onun nitq qüsurlu olduğu bildirilib.

Qeyd edək ki, “Mitsubishi Outlander” markalı avtomobildən düşərək parkinq nəzarətçisinə hücum edən G.Dayanova inzibati məsuliyyətə cəlb edilib.

15:05

Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücü saxlanılıb.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

Onun sözlərinə görə, qadının şəxsiyyəti məlum olub:

“Sumqayıtda parklanma nəzarətçisini döyən qadın sürücünün şəxsiyyəti məlum olub. O, Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilib. Həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb”.

İlhamə Əbülfət

12:32

Sumqayıtda parklanma nəzarətçisi qadın sürücü tərəfindən döyülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Sumqayıtdakı “Karvan” ticarət mərkəzinin yanında baş verib.

Qadın sürücü naməlum səbəbdən avtomobildən düşərək ərazidə çalışan “parkovşik”i təpikləyib.

Hadisə anı ətrafda olanlar tərəfindən mobil telefonun kamerası vasitəsilə lentə alınıb.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

COMMENTS