Partiyada istefalar başladı

İstefa verənlər öz fəaliyyətlərini Gələcək Azərbaycan Partiyasının sıralarında davam etdirəcəklər.

 

Bu gün Demokratik Azərbaycan Dünyası Partiyasının 70 fəalı partiyanın sıralarından istefa verib.

Etatist.com bildirir ki, istefa verənlər öz bəyanatlarında bildiriblər ki, DADP-da qeyri-müəyyənliklərin olması, partiyanın 2009-cu il bələdiyyə və 2010-cu il parlament seçkilərində heç bir uğur əldə edə bilməməsi, həmçinin hakim Yeni Azərbaycan Partiyasının DADP-yə qarşı xüsusi qısqanclıqla yanaşması, YAP rəhbərliyinə daxil olan millət vəkillərinin DADP üzvlərinə qarşı təziqləri, aşağılamaları, DADP üzvləri ilə müxalif partiya üzvləri kimi rəftarlarına görə istefa qərarı alıblar.

Bəyanatda o da qeyd olunub ki, istefa verənlər öz fəaliyyətlərini Gələcək Azərbaycan Partiyasının sıralarında davam etdirəcəklər.

Qeyd edək ki, DADP hakim Yeni Azərbaycan Pariyasına yaxınlığı ilə tanınırdı.

COMMENTS