“Partizan” hesabı açdı

“Partizan” hesabı açdı

“Neftçi” klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün evdə “Partizan”la qarşılaşacaq.

 

Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Bu komandalar arasında baş tutan ilk görüşdə Serbiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün “Neftçi” mütləq qalib gəlməlidir. Son Azərbaycan kubokunun qalibini 1:0 və ya 2:1 kimi minimal hesablı qələbələr də qane edəcək.

Xatırladaq ki, “Neftçi” 2012/2013 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Partizan”la eyni qrupda mübarizə aparmışdı. Bu komandalar arasında Serbiyada baş tutan ilk görüşdə qapılara qol vurulmamışdı – 0:0. Bakıdakı cavab qarşılaşmasında da qalib müəyyənləşməmişdi. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk etmişdi.

28 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunu

21:00. “Neftçi” (Azərbaycan) – “Parizan” (Serbiya) – 0:1 (Birinci hissə)
Qol: Skuletiç, 24 (0:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Robert Şörgenhofer (Avstriya)

“Neftçi”: Saşa Stamenkoviç, Karlos Kardoso, Denis Silva, Elvin Yunuszadə, Araz Abdullayev, Flavinyo (k), Julius Vobay, Erik Ramos, Sesilyo Kaue, Mirhüseyn Seyidov, Ernest Nfor

Ehtiyat oyunçular: Emil Balayev, Bruno Bertuççi, Nicat Qurbanov, Samir Məsimov, Cavid İmamverdiyev, Nikolas Kanales, Məqsəd İsayev

“Partizan”: Lukaç, Vuliçeviç, Petroviç, Stankoviç (k), B. İliç, Brasanaç, A.Zivkoviç, Qrbiç, Drinçiç, Lazoviç, Şkuletiç

Ehtiyat oyunçular: Z. Zivkoviç, Ninkoviç ,Ostojiç, Markoviç, S. İliç, Pantiç, Fofana

COMMENTS