Paşayevadan Mehdiyevə şok çağırış: Üzr istəməyə güc tapmalısan!

Paşayevadan Mehdiyevə şok çağırış: Üzr istəməyə güc tapmalısan!

Gözlənilən, arzulanan xəbər yayıldı: Ramiz Mehdiyev istefa verdi! 

Özünəxas ənənələri olam elm ocağımız rahat nəfəs ala biləcək. Akademiyanın elm ocaqlığından intiriqa yuvasına, siyasi hesablaşma məkanına çevrilməsinə səbəb olan tək isimdi Ramiz Mehdiyev.

Milli kadrlara, vətəncanlı insanlara əlinə düşən hər fürsətdə maneələr, sünii əngəllər yaradan Mehdiyev, akademiyaya, elmə, təhsilə, gənc kadrlara nə verə bilərdi ki? Yüksələn ictimai təzyiq qarşısında mənəvi cəhətdən tam aşınmış persona olan Mehdiyev, artıq öz aqibəti ilə barışmalıdır. O, hansı sözü eşidir, hansı münasibətlə üzləşirsə, günahkar arayışına çıxmamalı, günahı özündə axtarmalıdır, məhz özündə!

Akademiyanın mətbu orqanını şəxsi mənfəət saytına çevirən yaşlı Akademiya prezidenti ona göstərilmiş etimadı heç zaman düzgün qiymətləndirə bilmədi. Və budur: hər kəs sevinir. Əgər sənin gəlişinə deyil, gedişinə sevinirlərsə, bütün keçmiş açıq-gizli əməllərinə görə üzr istəməyə özündə güc tapmalısan…

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

COMMENTS