Paşinyan Qarabağda “çevriliş” etmək istəyir – Politoloq

Paşinyan Qarabağda öz adamını separatçıların başına gətirmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək fikrindədir:

“Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır. Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu. Əgər Paşinyan keçmiş şefinin bu səhvindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq. Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”.

Qeyd edək ki, 1 iyunda baş verən kütləvi davadan sonra Azərbaycanın işğal altında olan Xankəndi şəhərində ermənilərin kütləvi aksiyalarına start verilib.

Dosye.org

COMMENTS