Paşinyan səhv etdi, Bakının həmləsini gözləyin – Şahnəzəryan

Paşinyan səhv etdi, Bakının həmləsini gözləyin – Şahnəzəryan

Nikol Paşinyanın Qarabağdakı bəyanatlarından Azərbaycan İrəvana qarşı istifadə edəcək.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni politoloq Qrant Məlik Şahnəzəryan deyib.

“Mən Azərbaycanın bundan erməni tərəfini danışıqlar prosesini bitirməkdə ittiham etmək üçün istifadə edəcəyindən şübhə etmirəm. Azərbaycan hər şeyi edəcək ki, bu bəyanatlardan beynəlxalq meydanlarda, o cümlədən Minsk Qrupunda istifadə etsin. Məni mümkün təzyiqlər yox, daha çox edilən məsuliyyətsiz bəyanatlar narahat edir. Paşinyanın hazırkı bəyanatları onun keçən il Qarabağın danışıqlar prosesində müstəqil iştirak etməsi kimi açıqlamalarını sual altında qoyur. Bu gün o, ictimaiyyətə heç bir izahat vermədən tamam əks mövqedə dayanır”, – Şahnəzəryan bildirib.

DOSYE.ORG

COMMENTS