Paşinyan: Sülhlə bağlı təkliflərimizi Bakıya göndərmişik – YENİLƏNİB

Paşinyan: Sülhlə bağlı təkliflərimizi Bakıya göndərmişik – YENİLƏNİB

“Ermənistan Respublikası dünən sülh müqaviləsi layihəsi üzərində işin növbəti mərhələsini başa çatdırıb, sənəd Azərbaycana və həmsədr ölkələrə təhvil verilib”.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu hökumətin iclasında Ermənistan baş naziri Nikol Paşinyan deyib.

“Biz layihə üzərində işləyirik, istənilən an imzalamağa hazır olduğumuz sənədi əldə etmək istəyirik. Aydındır ki, bu sənəd Azərbaycan üçün də məqbul olmalıdır və biz ümid edirik ki, danışıqlar nəticəsində müəyyən irəliləyiş əldə etmək mümkün olacaq. Bizim baxışımız belədir ki, sənəddə uzunmüddətli sülhün pozulmasının hər hansı mümkün ssenarisini istisna edəcək razılaşma məntiqi, tarazlıq və çəkindirmə mexanizmi yer almalıdır. Məsələ ondadır ki, absurd səslənsə də, müqavilənin imzalanması müharibəyə səbəb olmamalıdır, əksinə, əslində uzunmüddətli sülhə gətirib çıxarmalıdır. Mən əsl sülhə gətirib çıxaracaq belə bir sülh müqaviləsini imzalamağa və bu məsuliyyəti öz üzərinə götürməyə hazır olduğumu bir daha təsdiq edirəm”, – deyə Paşinyan bildirib.

***

11:10

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsindən danışıb.

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

“Ermənistan hökuməti bu yaxınlarda Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işin növbəti mərhələsini yekunlaşdırıb və öz təklifləri ilə Bakıya təqdim edib”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan mətbuatında Paşinyanın partiyadaşları ilə sülh müqaviləsinin detallarını müzakirə etdiyi barədə məlumat yayılmışdı.

COMMENTS