Paşinyan və Kobaxidze Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib

Paşinyan və Kobaxidze Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib

“Ermənistan regionda sülh və sabitliyin bərqərar olmasında öz məsuliyyətini təsdiq edir”.

Nikol Paşinyan bu sözləri İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib

O qeyd edib ki, bu gün keçirilən danışıqlarda Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsi də müzakirə olunub.

“Biz bilirik və görürük ki, Gürcüstan təkcə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı deyil, həm də effektiv addımlarla bu prosesdə vasitəçi olmağa çalışır”.

DOSYE.ORG

COMMENTS