Top.Mail.Ru

Paşinyana nifrət yağdırırlar: Tovuzda nə etdin sən? – Foto

Paşinyana nifrət yağdırırlar: Tovuzda nə etdin sən? – Foto

Ermənistanın Tovuz təxribatına Azərbaycan Ordusunun layiqli cavab verməsi və düşmənin itkiləri haqda məlumat yaymaması erməni sosial şəbəkə istifadəçiləri və mediasının narahatlığını artırıb. Sosial şəbəkələrin erməni seqmentində isə ölkədə ciddi panikanın yaşandığı aydın sezilir.

“Dosye.org” Axar.az-a  istinadən xəbər verir ki, ermənilər Tovuz istiqamətində erməni təxribatına ağır cavab verildiyini, çoxsaylı itkilərin olduğunu bildirir və buna görə Ermənistan Baş naziri Nikol Paşinyanı ittiham edirlər.

Melan Xaçatryan adlı istifadəçi yazıb:

“Paşinyan, sən əclafsan! Təki sənin oğlun tezliklə ölsün! Bizim övladlarımızı artilleriya istifadəsi ilə döyüşə atdın, bu, bilirsən nə deməkdir? O deməkdir ki, bu cür də cavab verilir və bizim də itkilərimiz var. Əmimə zəng etdim, o, sərhəd istiqamətində 8 təcili yardımın getdiyini bildirdi. Deyir ki, 14 civarında döyüşçümüz ölüb. Səni lənətə gələsən, Paşinyan!”

DOSYE.ORG

COMMENTS