Paşinyana qarşı YENİ DALĞA… – Ermənistan KİV

Paşinyana qarşı YENİ DALĞA… – Ermənistan KİV

Mayın 9-da saat 11:00-da Abovyandan İrəvanın Respublika meydanına qədər yürüş başlayacaq.

Ovqat.com-un məlumatına görə, bu barədə Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

“Sabah mayın 9-dur, qələbələrimizin əlimizdən oğurlandığı gündür, sabah tərcümeyi-halımızın bərpasına başlanmalıdır”, – Qalstanyan deyib.

Qeyd edək ki, Abovyan İrəvanın 16 km-liyində yerləşən kiçik bir şəhərdir. 35 min əhalisi olan şəhər sakinlərinin 90%-i Suriya, İran və Livandan gələn etnik ermənilərdir. Görünən budur ki, “Qara keşiş”in dəstəsi xaricdən gətirilən ermənilərin millətçi hisslərindən faydalanıb aksiyalarını genişləndirməyə çalışırlar. Bu da təsadüfi deyil. İrəvan əhalisi daşnakların təxribatçı şüarlarına çox etibar etmir, qonşularla münasibətləri normallaşdırmağa çalışırlar. Azərbaycanla sonu məğlubiyyətlə bitəcəyi şübhə doğurmayan müharibəni əsasən Qarabağın keçmiş sakinləri başda olmaqla xaricdən Ermənistana sığınan ermənilər arzulayırlar. Məhz bu səbəbdən Ermənistan əhalisi İrəvan və Qarabağ klanına bölünüb və İrəvan ermənilər onların dincliyini pozan mültəci soydaşlarına düşmən kimi baxırlar.

Keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə yaradılan “Vətən üçün Tavuş” hərəkatının üzvləri Azərbaycana qaytarılmış Xeyrimli kəndindən başlayaraq yürüş keçirirlər. Onlar I Qarabağ savaşı dövründə işğal olunmuş Azərbaycan kəndlərinin geri qaytarılmasına etiraz edirlər.

COMMENTS