Paşinyanı Ramil Səfərovla tanış edək – Erməni ekspert

Paşinyanı Ramil Səfərovla tanış edək – Erməni ekspert

Tanınmış erməni hərbi ekspert Gevorq Gevorqyanın Ermənistanın Baş naziri Nikol Paşinyana “Obzor” verilişində dedikləri erməni mətbuatı və sosial şəbəkələrdə birmənalı qaşılanmayıb.

Axar.az-ın Ermənistanın 168TV kanalına istinadən verdiyi xəbərə görə, hərbi ekspert Paşinyanın çıxışlarından birində türklərdən qorxmadığını dilə gətirməsini baş nazirin reallıqdan uzaq olması ilə əsaslandırıb.

“Nikol deyir, mən türklərdən qorxmuram. Deyəsən, o, Ramil Səfərov kimilərini tanımır. Gərək Paşinyanı onun yanına göndərək”, – ekspert qeyd edib.

Xatırladaq ki, Ramil Səfərov Macarıstanda hərbi kurslarda iştirak edərkən erməni zabiti Qurqen Markaryanı Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə R.Səfərov ömürlük azadlıqdan məhrum edilib. Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya ekstradisiya olunub. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə əfv edilib.

DOSYE.ORG

COMMENTS