Paşinyanın adamı: Bu halda istefaya gedəcəyik

Paşinyanın adamı: Bu halda istefaya gedəcəyik

Hakimiyyət dəyişikliyi baş verib və bunun üçün Konstitusiya Məhkəməsinin tərkibi də dəyişməlidir.

Axar.az xəbər verir ki, bunu Mənim Addımım Fraksiyasının deputatı Sasun Mikayelyan deyib.

“Biz məsələni xalq məhkəməsinə çıxarırıq, qoy xalq qərar versin. Əgər biz yanılırıqsa, o zaman hakimiyyəti qoyub, gedəcəyik. Mən deyirəm ki, Konstitusiya Məhkəməsi kilsənin son şamı olmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Mikayelyan Paşinyanın Mülki Müqavilə Partiyasının yaradıcılarındandır. O, partiyanın hazırda ən nüfuzlu şəxslərindən hesab edilir.

DOSYE.ORG

COMMENTS