“Patı” satan çempiona 5 il yarım həbs

“Patı” satan çempiona 5 il yarım həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan kikboks üzrə ölkə çempionu Fikrət Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Dosye.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, F. Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib. Barəsində narkomaniyadan məcburi müalicə təyin olunub. İttihama görə, F.Rəhimov 6 758 qram narkotik maddə olan metamfetamin (patı) ilə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Prokuror Rəhimovun 7 il 6 ay həbslə cəzalandırılmasını istəmişdi.

DOSYE.ORG

COMMENTS