Paytaxtda daha bir yol bağlandı

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

 

Paytaxtda daha bir yolda hərəkət məhdudlaşdırılıb.

Dosye.az-ın “Azəryolservis” ASC-yə istinadla verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən Əliyar Əliyev küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Əhməd Rəcəbli küçəsindən istifadə etmələri tövsiyə olunur.

COMMENTS