Peleqrini: “5 illik müqaviləni yox, çempion olub qovulmağı seçirəm”

Manuel Pelleqrini baş məşqçisi olduğu “Mançester Siti”dən bu mövsümün sonu ayrılacağı iddialarına münasibət bildirib.
 
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, hazırda qarşıdakı matçları düşündüyünü deyib. Çilili mütəxəssis tək hədəfinin Premyer Liqanın kubokunu qazanmaq olduğunu söyləyib:
 
“Çempion olmayıb 5 illik yeni müqavilə imzalamaqdansa, kuboku qazanıb qovulmağı seçərəm”.
 
Qeyd edək ki, mövsümün sonu “Mançester Siti”də M.Pelleqrini Pep Qvardiolanın əvəzləyəcəyi gözlənilir.

COMMENTS