Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, istənilən növ müavinət, təqaüd və kompensasiya alan şəxslər, sosial yardım alan ailələr, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə endirimlərdən faydalanma fürsəti yaradılıb.
Yeri gəlmişkən, yaxın günlərdə Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda qeydiyyatda olan pensiyaçıların pensiyalarının ödənişinə başlanılacaq. Siz pensiyanızı bankomatdan çıxarmadan və ya başqa karta atmadan, yəni pulu sosial ödəniş kartında saxlayaraq endirim təklif edən mağaza, market və apteklərdə alış-veriş edib, restoran və klinikaların xidmətlərindən yararlanıb nağdsız qaydada ödəniş etsəniz, bu fürsətlərdən faydalana bilərsiniz. Unutmayaq ki, endirim yalnız hesab nağdsız qaydada, yəni sosial ödəniş kartı ilə ödəndikdə tətbiq olunur.
Çoxsaylı endirimlər təklif edən şirkətlərlə www.sosialterefdash.az saytına daxil olaraq, “Partnyorlar” bölməsində tanış olmaq mümkündür.
“Bazarstore” və “Almarket” sosial ödəniş alan şəxslərə alış-veriş zamanı endirimlər təklif edir. Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən bu marketlərdən bazarlıq edib ödənişi pensiya, sosial yardım, müavinət və ya təqaüd aldığınız kartla, yəni nağdsız qaydada etsəniz, sizə yerindəcə endirim tətbiq olunacaq.
COMMENTS