Pentaqondan “erməni soyqırımı” açıqlaması

Pentaqondan “erməni soyqırımı” açıqlaması

ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatı ABŞ və Türkiyənin hərbi münasibətlərinə təsir göstərməməlidir.

Modern.az xəbər verir ki, bun jurnalistlərə açıqlamasında Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

“Biz Türkiyə ilə hərbi münasibətlərdə hər hansı bir dəyişiklik gözləmirik. Türkiyə bizim NATO üzrə müttəfiqimizdir. Prezidentin ötən həftənin sonu verdiyi bu açıqlamasının münasibətlərimizə heç bir şəkildə təsir edəcəyini gözləmirik” – mətbuat katibi bildirib.

C.Kirbi əlavə edib ki, ABŞ və Türkiyənin hərbi sahədə əlaqələri yalnız güclənəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Co Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

DOSYE.ORG

COMMENTS