Peru millisinin yeni baş məşqçisi bəlli oldu

Peru millisinin yeni baş məşqçisi bəlli oldu

Peru millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın Peru Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı Rikardo Qareka çalışdıracaq.

57 yaşlı mütəxəssis Peru yığmasıyla 3 illik müqavilə imzalayıb. O, baş məşqçi vəzifəsində ötən ilin sonlarında istefaya göndərilmiş Pablo Benqoçeanı əvəzləyib.

Qeyd edək ki, Qarekanın son komandası Braziliyanın “Palmeyras” klubu olub.

COMMENTS