Peskov Kadırovu əsəbiləşdirdi

Peskov Kadırovu əsəbiləşdirdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun teleaparıcı İvan Urqantı böyük vətənpərvər adlandıran sözlərinə münasibət bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

“Peskov Rusiyanı qorxaraq tərk edənləri dövlətin düşməni hesab etmir. Bilmirdim, amma belə çıxır ki, öz ölkəsinin vətənpərvərinə çevrilmək üçün Rusiyanın hərəkətlərini tənqid etməlisən, xaricə getməlisən, yüksək səslə və pafoslu şəkildə səs-küy yaratmalısan”-o qeyd edib.

Onun sözlərinə görə, İvan Urqant məhz belə edib:

“Kərpic qalaqları və beton divarlar arasında forma geyinib qaçmaq sənə yaraşmaz. Bir neçə gün soyuq səngərdə oturmaq sənə yaraşmaz. Yəqin ki, vətənpərvərlik anlayışının necə dəyişdiyinə diqqət yetirməmişik”.

Qeyd edək ki, Peskov Urqantı böyük vətənpərvər adlandırmışdı.

DOSYE.ORG

COMMENTS