Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 424 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 396 391, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 926 076, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 470 315 təşkil edir.

COMMENTS